Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb - FOTO

2 hefte evvel 8

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bu barədə o özünün “X” hesabında paylaşım edib.

Nazir Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında daha yüksək səviyyəyə çatdırılması, iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə inkişafa verdiyi töhfələr barədə fikirlər ifadə edildiyini bildirib.

Özbəkistana işgüzar səfərimiz zamanı Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin (@president_uz) qəbulunda olduq. #Azərbaycan - #Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında… pic.twitter.com/H5YVBJUIJ4

— Mikayil Jabbarov (@MikayilJabbarov) May 2, 2024