Naməlum şəxsin Tauer körpüsünə çıxması Londonda küçələri iflic etdi

1 month ago 18

London şəhərindəki Tauer körpüsündə konstruksiyanın dayaqlarından birinin üzərinə naməlum şəxsin çıxması səbəbindən nəqliyyatın hərəkəti bağlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə London Polisi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Zəhmət olmasa, imkan daxilində hadisə yerindən yan keçin" , - deyə məlumatda bildirilir.

İnsident barədə əlavə məlumat verilmir.

Read Entire Article