Nazir Üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - FOTO

2 hefte evvel 12

İqtisadiyyat naziri Mikayıl Cabbarov Üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan” panel sessiyasında iştirak edib.

Nazir bu barədə öz “X” hesabında paylaşım edib.

Mikayıl Cabbarov panel sessiyasında ölkələrimiz arasında strateji tərəfdaşlığın perspektivləri, ikitərəfli biznes əlaqələrinin yeni formatı və investisiyaların təşviqinin qarşılıqlı dəstəklənməsi təşəbbüsləri barədə danışdıqlarını qeyd edib.

Üçüncü Daşkənd Beynəlxalq #İnvestisiyaForumu çərçivəsində keçirilən "Uğura doğru birgə yol: #Özbəkistan#Azərbaycan" panel sessiyasında ölkələrimiz arasında strateji tərəfdaşlığın perspektivləri, ikitərəfli #biznes əlaqələrinin yeni formatı və #investisiya-ların təşviqinin… pic.twitter.com/g5wMo194HZ

— Mikayil Jabbarov (@MikayilJabbarov) May 2, 2024