Ölkənin ən böyük uşaq və yeniyetmlər arası proqramlaşdırma olimpiadası baş tutdu!

2 hefte evvel 23

27 aprel tarixində “Start İT” təlim mərkəzinin təşkilatçılığı ilə ölkənin ən böyük uşaq və yeniyetmələr arası proqramlaşdırma olimpiadası olan “Code Fest 2024” baş tutub. Olimpiada çərçivəsində doqquz kateqoriya üzrə individual və komanda formasında yarışlar keçirilib.

proqramlaşdırma olimpiadas

Sayca artıq üçüncüsü təşkil olunan 5-15 yaşlı uşaq və yeniyetmələr arası proqramlaşdırma və robototexnika olimpiadasında 600 nəfərdən çox iştirakçı olub.

Tədbirin bir hissəsində rəqabətli yarış gedərkən, digər hissəsində isə valideyn və mentorlar üçün bir çox mövzuda spikerlərin çıxışları baş tutub.

proqramlaşdırma olimpiadas

Olimpiadanın sonunda təltifolunma mərasimi keçirilib. Mərasimdə hər kateqoriya üzrə qaliblər mükafatlandırılıb. 

Qeyd edək ki, olimpiada SABIS®️ SUN Beynəlxalq məktəbi, Azərkosmos, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Moon Group şirkəti, “Gamenote Baku” multi brend oyunlar mağazası, ABRİS, GulfStream, “iComp” kompyuter mağazası , “Tedroid”, “Texnojurnal” media qrupları, Freds English, GameSummit, “İrşad” mağazalar şəbəkəsi və “Tredu” şirkətinin tərəfdaşlığı ilə keçirilib.

Ölkənin ən böyük uşaq və yeniyetmlər arası proqramlaşdırma olimpiadası baş tutdu! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.