Pakistanlı QHT nümayəndəsi: “Hər il mina hadisələri nəticəsində beş mindən çox insan həlak olur”

7 ay evvel 52

“Beynəlxalq ictimaiyyət Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycana verməyə məcbur etməlidir”.

Bu fikirləri pakistanlı fəal, Beynəlxalq Kəşmir Qrupunun icraçı direktoru Muhammad Zaman AZƏRTAC-a açıqlamasında deyib.

“Mina hadisələri bəşəriyyəti narahat edən əsas problemlərdən biridir. Hər il mina hadisələri nəticəsində 5 mindən çox insan həlak olur, 15-20 min insan isə yaralanır. Ona görə də bu məsələ ilə bağlı geniş maarifləndirməyə ehtiyac var. Azərbaycanın Qarabağ bölgəsi də Ermənistan tərəfindən 30 illik işğal dövründə minalanıb. Ermənistan-Azərbaycan münaqişəsinin artıq başa çatmasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına başlanılmasına baxmayaraq, minalanmış ərazilərin hələ də çox ciddi problem olaraq qalır”, - deyə o qeyd edib.

Muhammad Zaman Ermənistan hakimiyyətini minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməyə səsləyib:

“Beynəlxalq ictimaiyyətdən xahiş edirik ki, Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur etsin. Beləliklə, biz daha çox insanın həyatını xilas edə bilərik”.