Paytaxtın bəzi yerlərinə yağış yağacaq - FAKTİKİ HAVA

1 hefte evvel 10

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 20 dərəcə istidir, cənub-şərq küləyi əsir, küləyin sürəti 13 metr/saniyədir.

Saat 11:00-13:00 radələrində bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, ehtimal olunur. Cənub-şərq küləyinin 15-17 metr/saniyəyə çatacağı, havanın temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir.