Premyer Liqa: “Zirə” “Turan Tovuz”la, “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gələcək

1 hefte evvel 10

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha iki oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Zirə”ni qəbul edəcək.

Qarşılaşma saat 16:30-da start götürəcək. Meydan sahiblər 42 xalla yeddinci, paytaxt klubu 49 xalla dördüncü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə “Araz-Naxçıvan”la “Sabah” komandaları üz-üzə gələcəklər. Naxçıvan təmsilçisi 35 xalla doqquzuncu, qonaqlar 49 xalla beşinci sıradadır.

Azərbaycan Premyer Liqası

XXXIII tur

16:30. Turan Tovuz” - “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Tovuz şəhər stadionu

19:00. “Araz-Naxçıvan” - ” Sabah”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“Liv Bona Dea Arena”

Qeyd edək ki, ötən gün “Sumqayıt” “Kəpəz”lə heç-heçə edib - 1:0. “Qarabağ” isə “Neftçi”ni beş cavabsız qolla üstələyib. Tura mayın 6-da “Səbail” - “Qəbələ” oyunu ilə yekun vurulacaq.