“Prezident Kuboku 2024” reqatasında üçüncü günün qalibləri mükafatlandırılıblar - FOTO

2 hefte evvel 13

Ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü günün qalibləri mükafatlandırılıb.

“Report”un məlumatına görə, mükafatçılara medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç təqdim ediblər.

Qeyd edək ki, turnirdə 21 ölkə təmsilçiləri qüvvələrini sınayıblar. Azərbaycan idmançıları yarışda doqquz medal əldə ediblər.