Qarabağa gediş-gəliş asanlaşır
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə vətəndaşların səfərlərinin təşkili ilə bağlı mühüm yeniliklər həyata keçirilib. Bu dəyişikliklər həm texniki prosedurların sadələşdirilməsi, həm də regionun turizm potensialının reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Belə ki, "Yolumuz Qarabağa" portalı üzərindən fərdi minik avtomobilləri ilə səfər etmək istəyənlərə verilən giriş icazələrinin müddəti əvvəlki 2 gündən 5 günədək uzadılıb. Bununla yanaşı, hotellərdə rezervasiya edən şəxslər üçün giriş icazəsinin avtomatik verilməsi proseduru tətbiq olunmağa başlanıb.