Qubadlıda top mərmiləri aşkarlanıb

3 hefte evvel 22

Qubadlıda top mərmiləri aşkar edilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub.

Əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli altı ədəd top mərmisi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.