Qüdsdə Müqəddəs Od: Minlərlə zəvvar möcüzəni görmək üçün ziyarətgaha axışdı - FOTO/VİDEO

1 hefte evvel 12

Qüdsdə Müqəddəs Od Müqəddəs Məqbərə Kilsəsinə enib. Dünyanın hər yerindən minlərlə zəvvar bu möcüzəni öz gözləri ilə görmək üçün ziyarətgaha gəlib.

Minlərlə pravoslav xristian Qüdsdəki Müqəddəs Məqbərə Kilsəsində bir-birilərinə müqəddəs odu ötürürlər.

“Hər kəs çox xoşbəxtdir, çünki bu, gözlənilən böyük bir möcüzədir”, - deyə rusiyalı müxbir Nikita Kulyuxin Qüdsdən reportajında bildirib.

Qeyd edək ki, Pasxa ərəfəsində Qüdsdə yerləşən Müqəddəs Məqbərə Kilsəsində (İsa Məsihin Dirilməsi Kilsəsi) Müqəddəs Od kilsəyə enib.

Müqəddəs Od Kuvukliyada - Müqəddəs Məqbərə Kilsəsinin mərkəzindəki ibadətgahda enir. Burada bütün xristianlar tərəfindən xüsusilə hörmət edilən bir plitə var ki, onun altında İsa Məsihin dəfn olunduğu məkan yerləşir. Bütün tarix boyu çoxsaylı cəhdlərə baxmayaraq, heç kim Müqəddəs Odun enməsinin sirrini açmağa müvəffəq olmayıb.

Müqəddəs Od İsa Məsihin dirilməsinin işığını simvolizə edir, möminlər onu ziyarətgah hesab edirlər.

Mənbə: İz.ru, TASS