"Formula-1" üzrə Yaponiya Qran-prisinin qalibi müəyyənləşdi

3 weeks ago 15

Maks Ferstappen "Formula-1" üzrə Yaponiya Qran-prisinin qalibi olub.

Oxu.Az xəbər verir ki, "Red Bull" komandasının niderlandlı pilotu "Suzuka" avtodromunda keçirilmiş yarışda finiş xəttinə birinci çatıb.

"Formula-1" üzrə dünya çempionatının üçüncü mərhələsində ikinci yeri "McLaren"in britaniyalı pilotu Lando Norris tutub. İlk üçlüyü isə onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri tamamlayıb.

L.Norris şəxsi hesabda 62 xalla liderdir, ikinci və üçüncü yerləri müvafiq olaraq, M.Ferstappen (61 xal) və O.Piastri (49 xal) tuturlar.

Konstruktorlar kubokunda isə ilk üçlük aşağıdakı kimidir: "McLaren" (111 xal), "Mercedes" (75 xal) və "Red Bull" (61 xal).

Dünya çempionatının dördüncü mərhələsi aprelin 11-13-də Bəhreyndə keçiriləcək.

Read Entire Article