“Rusiya Laçın dəhlizi ilə bağlı mövqeyini heç vaxt dəyişməyib” – Putin

“Rusiya Laçın dəhlizi ilə bağlı mövqeyini heç vaxt dəyişməyib və bu, Moskva, İrəvan və Bakı arasında üçtərəfli sazişlərdə öz əksini...

“Rusiya Laçın dəhlizi ilə bağlı mövqeyini heç vaxt dəyişməyib” – Putin

“Rusiya Laçın dəhlizi ilə bağlı mövqeyini heç vaxt dəyişməyib və bu, Moskva, İrəvan və Bakı arasında üçtərəfli sazişlərdə öz əksini tapıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

“O ki qaldı Dağlıq Qarabağ nizamlanması ilə bağlı həssas məsələlərə.. Bizim hələ də nəqliyyat əlaqələrinin açılması məsələləri ilə bağlı üçtərəfli formatda danışmaq imkanımız olacaq. Məsələlər çox mühüm və həssasdır, əminəm ki, əgər biz bütün çətinliklərə baxmayaraq, son nəticədə bu məsələlərin həllinə nail olsaq, bu, həm Ermənistana, həm Azərbaycana, həm də təkcə iki ölkəyə deyil, həm də Azərbaycanın xeyrinə olacaq” – deyə Putin bildirib.

O, əlavə edib ki, bir çox dövlətlər bu vəziyyətin həllində maraqlıdır və bu, ərazidə yaşayan insanların təhlükəsizliyinin təmin edilməsi baxımından bütün vektorlarda, o cümlədən siyasi sahədə normallaşmaya kömək edəcək.