“Sabah” Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxacaq

7 ay evvel 75

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə bu gün ilk oyununa çıxacaq.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan çempionu Monteneqro təmsilçisi “Mornar”ın qonağı olacaq.

Bar şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

FIBA Avropa Kuboku
D qrupu, I tur
18 oktyabr

21:00. “Mornar” (Monteneqro) – “Sabah” (Azərbaycan)
Bar. Topolika İdman Zalı