Samsung Çində qatlana bilən telefon bazarını Çinlilərə uduzdu!

2 hefte evvel 16

Qatlana bilən smartfon bazarına ilk daxil olan brendlərdən biri olan Samsung, bir vaxtlar lider olduğu Çində, qatlana bilən telefon bazarını Çinlilərə uduzdu. Belə ki, Cənubi Koreyalı texnologiya nəhəngi Çinli rəqibləri ilə rəqabət aparmaqda çətinlik çəkir. Hətta şirkət satışlarda beşinci yerə qədər geriləyib. Ümumiyyətlə, son dövrlərdə Çinin həm smartfon, həm avtomobil, həm də digər bazarlarında yerli şirkətlər liderlik edir.

Samsung Çində qatlana bilən

Beləliklə, qatlana bilən smartfonları ilk dəfə təqdim edən şirkətlərdən biri olan Samsung Çinli rəqibləri ilə Çində rəqabət aparmaqda çətinlik çəkir. Daha əvvəl qatlanan cihazları ilə Çində əhəmiyyətli bir bazar payına çatan şirkət, böyük bazar payını rəqiblərinə itirməyə başlayıb. Qeyd edək ki, cəmi bir neçə il əvvəl Samsung Çində 30% bazar payı ilə qatlana bilən telefon bazarının başında idi. Bununla belə, 2024-cü ilin birinci rübündə şirkət 5,9% bazar payı ilə beşinci yerə düşüb. Təkcə keçən il Samsung-un bazar payı 11% idi. Bu yaxınlarda geri dönən Huawei, 44,1% payla öz ölkəsində açıq-aydın liderliyi əlinə alıb.

Bundan əlavə, Honor 26,7% ilə ikinci, Vivo və Oppo isə 12,6% və 9% ilə üçüncü və dördüncü yerdədir. Samsung-un Çində bu cür geriləməsi təkcə Çin istehsalçılarının məhsul keyfiyyətinə görə Samsung-a çatması ilə bağlı deyil. ABŞ ilə ticarət savaşına girən Çində milliyyətçi hərəkatın yüksəldiyi və istehlakçıların yerli məhsullara üz tutmasına səbəb olduğu bildirilir. Ona görə də Samsung-un satışlarına bu geosiyasi faktorların təsir edir. Maraqlısı budur ki, şirkətin Çindəki ümumi smartfon bazarındakı payı 1%-dən belə aşağı düşüb.

Samsung Çində qatlana bilən telefon bazarını Çinlilərə uduzdu! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.