Samsung Galaxy C55 rəsmi olaraq təqdim edildi!

3 hefte evvel 43

Samsung brendi Çində yeni C seriyalı smartfonunu təqdim edib. Belə ki, Cənubi Koreyalı texnologiya nəhəngi Samsung Çində Galaxy M55 ilə bənzər yeni Galaxy C55 modelini təqdim edib. Düzdür yeni smartfon daha əvvəl elə Çində təqdim edilmiş M55 modelinə çox oxşasa da aralarında bəzi fərqlər mövcuddur. Gəlin smartfonun texniki xüsusiyyətlərinə və fərqlərinə daha yaxından nəzər salaq.

Galaxy C55

İlk öncə onu qeyd edək ki, Çində rəsmiləşən Galaxy C55 adlı model Galaxy M55-ə çox bənzəsə də, onun bəzi unikal fərqləri var. Məhz ilk fərqlərdən biri də yeni smartfonun vegan dəri örtüklü iki yeni arxa panellə, narıncı və qara rənglərlə təklif olunmasıdır. Smartfon mərkəzdə kamera dəliyi olan düz ekrana malikdir. Metal çərçivə ilə təchiz edilmiş modelin bütün fiziki düymələri isə sağ tərəfdə yerləşir. Bundan əlavə, cihaz öz gücünü Snapdragon 7 Gen 1 çipsetindən alır. 6,7 ​​düymlük FHD+ təsvir ölçülü və 120 Hz yenilənmə tezlikli Super AMOLED ekrana sahib olan cihaz 8/12 GB RAM və 256 GB daxili yaddaşla təklif olunur.

Galaxy C55

Samsung Galaxy C55 arxa paneldə 50 MP əsas, 8MP ultra geniş və 2MP dərinlik sensorlarından ibarət üçlü kamera sisteminə malikdir. Ön tərəfdə isə smartfon 50MP selfie kamerasına sahibdir. Qeyd edək ki, smartfon 45Vt sürətli şarj dəstəkli 5000mAs batareya həcmi ilə təklif olunur və Android 14 əməliyyat sisteminə sahibdir. Qiymət tərəfində isə 8-256GB və 12-256GB versiyalı smartfom müvafiq olaraq 275$ və 317$ qiymət etiketinə sahib olub. Galaxy C55-in qlobal bazarda satışa çıxarılıb-çıxmayacağı hələ məlum deyil. Çox güman ki, cihaz Çin üçün eksklüziv olacaq.

Samsung Galaxy C55 rəsmi olaraq təqdim edildi! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.