Samuxda narkotik yetişdirən şəxs saxlanıldı - FOTO

2 hefte evvel 6

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Elvin Məmmədov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayonun Çobanabdallı kəndinin yaxınlığındakı istismar müddəti bitmiş tikiliyə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə dibçəklərdə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.