Sony yeni geyilə bilən kondisioner təqdim edib!

2 hefte evvel 9

Yapon texnologiya nəhəngi “Sony” isti havalardan yorulan insanlara geyinilə bilən kondisioneri ilə sərinləmək fürsəti təqdim edir. Belə ki, yeni təqdim edilən geyilə bilən kondisioner Sony Reon Pocket 5 adlanıb. Gəlin görək yeni geyilə bilən kondisioner istifadəçilərə nələr təklif edir?

Sony Reon Pocket 5

Məhz bayaq qeyd etdiyimiz kimi, Yapon texnologiya nəhəngi isti havadan yorulan insanların geyilə bilən kondisioneri ilə sərinləməyə imkan verir. Reon Pocket 5 adlı portativ kondisioner boyun və arxa nahiyəyə taxılaraq istifadəçinin sərinləməsinə kömək edir. Adından da göründüyü kimi, geyilə bilən kondisioner konsepti Sony üçün heç də yeni deyil. İlk dəfə 2019-cu ildə təqdim edilən cihaz, müxtəlif inkişaflarla beşinci versiyasına çatıb. Portativ kondisioner termoelektrik soyutma prinsipi ilə işləyir. Peltier soyuducusu da adlandırılan sistemdə istilik köçürməsi müxtəlif temperaturlu iki plitə arasında yerləşdirilən yarımkeçirici elektrodlara cərəyan tətbiq edildikdə baş verir.

Sony Reon Pocket 5

Soyutma ilə yanaşı, cihaz sensorlar dəsti ilə gəlir. Bu sensorlar ilə optimal sərinlətmə səviyyəsi bədəninizin və havanın temperaturu, rütubəti və hərəkətini izləməklə tənzimlənir. Soyuq havalar üçün isitmə funksiyasına da sahib olan cihazda müxtəlif sensorları ehtiva edən, soyutma və isitmə parametrlərini tənzimləməyə imkan verən Reon Pocket Tag adlı başqa kiçik modul var. Sony bildirir ki, Reon Pocket 5 əvvəlki versiyadan 1,5 dəfə yüksək soyutma performansına malikdir və 1,8 dəfə daha uzun batareya ömrü təklif edir.

Sony yeni geyilə bilən kondisioner təqdim edib! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.