Süni intellekt əsaslı Rabbit R1 cihazının Android tətbiqi olduğu ortaya çıxıb!

2 hefte evvel 8

CES 2024 çərçivəsində təqdim edilən və olduqca böyük mübahisələrə səbəb olan süni intellekt dəstəkli Rabbit R1 cihazının Android tətbiqi olduğu ortaya çıxıb. Ümumiyyətlə, cihaz təqdim edildikdən bu yana onun smartfonlardan fərqli olaraq nə təklif etdiyi mübahisə olunurdu. Maraqlısı budur ki, süni inllekt əsasında bütün suallarınıza cavab verən bu cihaz 199 dollar qiymət etiketi ilə satışa çıxarılmışdı. Hətta ilkin olaraq cihaz 10 min ədəd satış sayını ötməyi bacarmışdı.

Rabbit R1 Android tətbiqi

Cibinizdə asanlıqla daşıya biləcəyiniz kiçik süni intellekt cihazı olan Rabbit R1 telefonlardan daha fərqli olan bir köməkçi kimi təsvir edilmişdi. Süni intellektlə dəstəklənən cihaz standart əməliyyatlarınızı cib telefonunuzda daha sürətli həyata keçirəcəyini vəd edirdi. Sisteminin ChatGPT-dən daha sürətli olduğu iddia edilən Rabbit R1 adlı cihaz əslində sadəcə bir Android tətbiqi kimi işləyir. Android Authority-dən Mishaal Rahman Android telefonunda Rabbit başlatma qurğusunu APK olaraq quraşdıra bilib. Bir neçə düzəliş etdikdən sonra cihazın bütün xüsusiyyətlərini öz telefonunda istifadə etməyə başlayıb.

Mishal cihazın yan düymələrini smartfonundakı səs düymələri ilə əvəzləyib. Bundan sonra isə o, öz hesabını yaradıb və sanki R1 cihazından istifadə edirmiş kimi suallar verib. Cihazdan geniş şəkildə istifadə etməyi bacaran Mishal qeyd edib ki, bütün funksiyalar APK tətbiqində işləmir. Bunun səbəbi, sözügedən sistem üçün funksiyaların sonradan açılmasıdır. Yəni, şirkət bu funksiyaları təsdiq etməsə onlar işləmir. Bununla belə, Mishaal sözügedən testi 2 yaşlı Google Pixel 6A üzərində həyata keçirib. Yenə onun sözlərinə görə, kifayət qədər standart orta səviyyəli model olan Rabbit tətbiqinin smartfonda işləməsi bütün sistemin bildiyimiz Android proqramlarından çox da fərqlənmədiyini göstərir. Rabbit isə ortaya çıxan bu iddiaları qəbul etmir.

Süni intellekt əsaslı Rabbit R1 cihazının Android tətbiqi olduğu ortaya çıxıb! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.