Şəhidin bacısı: “Ermənilər Xankəndidəki ev-eşiyimizi yandırdılar, Xocalıya getdik”

1 ay evvel 9

“Vaqif və Bəsirənin beş övladı yadigar qalıb”.

Oxu.Az xəbər verir ki, bunu qalıqları Xocalıda kütləvi məzarlıqda tapılıb, bu gün Zabrat qəsəbəsində dəfn olunan Vaqif Məhərrəmovun bacısı Sevda Xanlarova deyib.

O, Xocalı faciəsi zamanı başlarına gələnləri danışıb:

“1988-ci ildə Xankəndidə yaşayırdıq. Ev-eşiyimizi yandırdılar, Xocalıya getdik. Qardaşlarım çox əziyyət çəkdilər, orduya yazıldılar ki, torpağımızı müdafiə etsinlər. 26 fevraldan sonra Vaqif və həyat yoldaşından xəbər ala bilmədik. Soyqırımında şəhid olduqlarını anladıq. Vaqif və Bəsirənin beş övladı yadigar qalıb. Hamısına öz övladımız baxmışıq, böyütmüşük. İndi isə övladları ilə birlikdə onların qalıqlarını dəfn edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Nəzrin Vahid