Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirib

2 hefte evvel 10

Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib.

Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Azər Sədi oğlu Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Əhmədiyyə oğlu Məmmədsoyun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.