Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: “Artıq gedə biləcəyimiz bir məzar var” - VİDEO

2 hefte evvel 20

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib.

Onlardan biri də Seyfəddin Nəcəfov olub.

O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə əsir düşüb.

Onun qızı Aytəkin Nəcəfova isə 30 il ata həsrəti çəkib:

“Mən və əkizim heç vaxt atamı görməmişik. Yalnız böyük bacım onu görüb. Artıq gedə biləcəyimiz bir məzar var. Bu hisslər çox gözəldir. İnsan bu məqamda həyatının ən çöküş və xoşbəxt anını yaşayır”.

Daha ətraflı APA TV-nin süjetində: