Tesla Model 3 Performance nəhayət rəsmi olaraq təqdim edildi!

3 hefte evvel 28

Çox uzun müddətdir inkişafda olan Tesla Model 3 Performance, nəhayət, bu gün rəsmi olaraq təqdim edildi. Beləliklə, Tesla daha bir elektrikli avtomobili ilə Çinli elektromobil nəhəngləri ilə mübarizə aparacaq. Qeyd edək ki, yeni model ənənəvi Model 3 elektromobilinin daha üstün versiyası hesab olunur və hələlik hansı bazarlarda satışda olacağı məlum deyil.

Tesla Model 3 Performance

Eksteryer tərəfində elektromobil məhz idman üslübundadır və onun göstəriciləri də məhz idman avtomobillərinə uyğun gəlir. Qeyd edək ki, yeni Tesla Model 3 Performance modeli rəsmi məlumata görə, 510 at gücü və 741 nm fırlanma anı hasil edən elektrik mühərriki ilə təchiz edilib. Elektromobil 100 km/saat sürətə sadəcə 2.9 saniyəyə çata bilir və maksimal sürəti 262 km/saat olaraq təyin edilib. Bundan əlavə elektromobil 20 düymlük Pirelli P Zero 4 təkərləri və sələfindən daha böyük əyləc klaperləri ilə təchiz edilib. Yeni idman tipli oturacaqlara da sahib olan elektromobil ABŞ-da 53 min dollar başlanğıc qiymətinə sahibdir. Həmçinin elektromobilin mənzili sadəcə 476 km olaraq təyin edilib.

Tesla Model 3 Performance

Performans tərəfində kifayət qədər güclü olan elektromobil ən yeni Track Mode funksiyasına sahib olub. Bu funksiya isə öz növbəsində istifadəçilərə daha yaxşı sürüş təcrübəsi təmin etmək üçün adaptiv asma, şassi və güc ötürücü idarəetmə elementlərini kalibr edir. Qeyd edək ki, yeni təqdim edilən avtomobil yüksək performans istəyən, lakin çox yüksək büdcəyə malik olmayan insanların diqqət mərkəzinə çevrilib. Xatırladaq ki, şirkət keçən həftə Tesla Model Y LR RWD modeli ilə gündəmə gəlmişdi.

Tesla Model 3 Performance

Tesla Model 3 Performance nəhayət rəsmi olaraq təqdim edildi! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.