“Toyota Abşeron” Mərkəzi növbəti mükafata layiq görülüb - FOTO

7 ay evvel 55

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Toyota”nın Azərbaycandakı rəsmi dileri “Toyota Abşeron” Mərkəzi daha bir uğura imza atıb. Belə ki, mərkəz “Toyota”nın Avropadakı ən yaxşı dilerlərinə verilən “Ichiban 2023: The Best Toyota Retailer in Town” (BRIT) mükafatını qazananlar sırasındadır. 2500-dən çox diler arasında keçirilən bu yarışda “Toyota Abşeron” Mərkəzi eyni zamanda “Contribution to Society” mükafatına da layiq görülüb.

“Ichiban” sözü yaponcada “Nömrə bir” deməkdir və bu mükafat hər il öz ölkəsində müştərilərə ən üstün xidmət göstərən, onları dinləyən və düzgün yardım göstərən dilerlərin əməyini qiymətləndirmək üçün verilir. “Contribution to Society” mükafatı isə BRIT təşəbbüsü olaraq “Toyota Abşeron” Mərkəzi tərəfindən sağlamlıq imkanları məhdud olan və kimsəsiz uşaqlara göstərdiyi yardım kampaniyasını uğurla həyata keçirdiyinə görə layiq görülüb.

“Toyota Abşeron” Mərkəzi artıq 7-ildir ki, müştərilərinə daima ilk gündən söz verdiyi yüksək xidmət səviyyəsini təqdim etməyə davam edir. “Toyota”nın ustaların işini və təmir prosesini izləməyə imkan verən şəffaf GOLD salon konsepsiyası yalnız “Toyota Abşeron” Mərkəzində mövcuddur. Ümumi sahəsi 1000 kvadratmetr olan geniş salonda ziyarətçilərə bütün model cərgəsi nümayiş edilir, geniş ehtiyat hissələri bazası təklif edilir, test-drayv, zəmanət üzrə servisdən yararlanmaq və rahat istirahət zalında gözləmək imkanı verilir. Müştərilərə təlimlərdən keçərək sertifikatlar almış peşəkar ustalar və təcrübəli satış mütəxəssisləri xidmət göstərir.

“Toyota” üstünlüklərindən yararlanmaq üçün Bakı-Sumqayıt şosesi, 6-cı km ünvanında yerləşən “Toyota Abşeron” Mərkəzini ziyarət edə bilərsiniz.