TSMC Apple üçün2026-cı ildə 1.6 nm çipsetləri təqdim edəcək!

3 hefte evvel 10

Tayvan mərkəzli TSMC və ya tam adı ilə “Taiwan Semiconductor Manufacturing Company”, 2026-cı ildə 1.6 nm çipsetləri bazara təqdim etməyi düşünür. Ümumiyyətlə, son dövrlərdə TSMC çipsetləri məhz dünya çipset bazarında təqdim edilən çipsetlərin əsas hissəsini təşkil etməyə başlayıb. Hətta, ötən aylarda Tayvanda baş verən zəlzələ bunu bir daha sübut etdi. Belə ki, zəlzələ nəticəsində şirkətin fabriklərinin sadəcə bir neçə günlük ara verməsi belə bir çox tədarük problemlərinə yox açmışdı.

TSMC 1.6 nm çipsetləri

İndi isə, TSMC şirkəti “A16” istehsal infrastrukturunu rəsmi olaraq elan edib. Bununla yanaşı, TSMC, 2026-cı ildə flaqman 1.6 nm çipsetləri bazara təqdim etməyi düşündüyünü açıqlayıb. Performans və səmərəlilik baxımından yeni bir dövr açacaq 1,6 nm prosessorları ilk olaraq ABŞ mərkəzli Apple şirkətinə tədarük ediləcək. Əlbəttə ki, TSMC ilə yanaşı bir çox prossesor və yarımkeçirci istehsalçısı da bu nm texnologiyasını inkişaf etdirməyi düşünür. Qeyd edək ki, Intel şirkəti 2025-ci ilə qədər 2 nm və 1.8 nm səviyyələrinə, Samsung isə 1.4 nm səviyyəsinə çatmağı hədəflədiyini açıqlayıb.

Əlavə olaraq qeyd edək ki, ötən gün Qualcomm şirkəti yeni Snapdragon X Plus prosessorlarını təqdim edib. X Plus hazırda tək bir model olaraq gəlir və cəmi 10 nüvə üzərində qurulub. 45 TOPS süni intellekt emal qurğusuna sahib olan prosessorun maksimum çox yivli tezliyi 3,4 GHz olaraq açıqlanıb. 8448 MT/s sürətə çatan LPDDR5x RAM-ı dəstəkləyən prosessor 3.8 TFLOP Adreno GPU ilə də təchiz olunub. Məhz ötən gün təqdim edilən bu prosessorlar da sənayenin hansı sürətlə inkişaf etdiyi sübut edir.

TSMC Apple üçün2026-cı ildə 1.6 nm çipsetləri təqdim edəcək! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.