Türkiyə Futbol Federasiyası Superliqanın 2025-2026 mövsümünün başlanma tarixi açıqlayıb.
Oxu.Az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümə avqustun 8-də start veriləcək.
Liqanın açılış matçında hansı komandaların üz-üzə gələcəyi isə iyul ayında keçiriləcək püşkatma mərasimində bəlli olacaq.