Türkiyədə fabrikdə ZƏHƏRLƏNMƏ: Doqquz işçi xəstəxanaya yerləşdirildi

1 month ago 12

Türkiyənin Balıkesir bölgəsində yerləşən fabriklərin birində ammonyakla aparılan təmizlik işlərindən sonra işçilər zəhərləniblər.

Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.

Məlumata görə, Mütəşəkkil Sənaye Bölgəsindəki xidmət sektorunda fəaliyyət göstərən fabrikdə ammonyakdan istifadə edilməklə təmizlik işləri aparılıb. Nəticədə havalandırma sistemindən ətrafa yayılan ammonyak qonşuluqda yerləşən digər şirkətin işçilərinə təsir edib.

Zəhərlənən 9 işçi xəstəxanaya yerləşdirilib.

Read Entire Article