Türkiyədə Novruz bayramı rəsmi şəkildə qeyd oluna bilər

1 month ago 16

Türkiyədə Novruz bayramı rəsmi şəkildə qeyd oluna bilər.

Oxu.Az TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O bildirib ki, Novruz bayramı Türkiyədə xüsusi coşqu ilə qeyd olunub:

"Novruzun rəsmi bayram kimi qeyd olunmasını arzulayırıq", - Ərdoğan vurğulayıb.

Dövlət başçısı, həmçinin Novruz bayramını qeyd edən ölkələri bir daha təbrik edib.

Read Entire Article