WhatsApp tətbiqində sadəcə nömrə yığmaqla zəng etmək olacaq!

3 hefte evvel 15

WhatsApp bu dəfə də istifadəçiləri üçün yeni funksiya təqdim etməyə hazırlaşır. Belə ki, Meta şirkətinin məşhur mesajlaşma tətbiqi WhatsApp indi sadəcə nömrə yığmaqla zəng etməyə imkan verəcək. Başqa cür izah etsək istifadəçilər indi nömrələri kontakta əlavə etmədən birbaşa proqram daxilindən zəng edə biləcəklər. Hazırda tətbiqin beta versiyasında bu funksiya sınaqdan keçirilir.

WhatsApp nömrə yığmaqla zəng

“WhatsApp” əvvəllər smartfonun kontaktında qeyd olunmayan nömrələrlə tez söhbət etmək üçün funksiya təqdim etmişdi. İndi isə məşhur mesajlaşma platformasında kontakt siyahısında heç bir dəyişiklik etmədən tətbiq daxilində istənilən nömrəni yığaraq zəng etməyə imkan verməyə hazırlaşır. Beləliklə deyə bilərik ki, yaxında birbaşa WhatsApp vasitəsilə zəng etmək mümkün olacaq.

Android üçün WhatsApp 2.24.9.28-in beta versiyasında təqdim edilən funksiya ilə qısa müddət ərzində danışacağınız və ya kontaktda saxlamaq istəmədiyiniz şəxslərin nömrələrini yığaraq onlara birbaşa zəng edə biləcəksiniz. Bu funksiya xüsusilə beynəlxalq zənglər edən istifadəçilər üçün faydalı ola bilər. Bildiyimiz kimi, beynəlxalq zənglər olduqca baha hesab olunur və WhatsApp istifadəçilərə bu cəhətdən daha asan və daha ucuz zəng imkanı təklif edə bilər. Digər tərəfdən, ucdan-uca şifrələmədən istifadə edən WhatsApp-ın məxfilik və təhlükəsizlik üstünlüyünə sahib olduğunu da qeyd etməliyik. Beta mərhələsində olan bu xüsusiyyətlərin nə vaxt istifadəyə veriləcəyi hələ dəqiq deyil.

WhatsApp tətbiqində sadəcə nömrə yığmaqla zəng etmək olacaq! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.