Xiaomi, Poco və Redmi daha 8 smartfonun köhnəldiyini açıqlayıb!

2 hefte evvel 14

Hər il yeni smartfon modelləri təqdim edilərkən, bəziləri də artıq köhnəlir. Məhz Xiaomi, Poco və Redmi brendləri də bu dəfə yeni smartfonlarını yox köhnəlmiş smartfonlarını elan edib. Beləliklə, smartfon bazarında hər kəsin yaxşı tanıdığı Xiaomi, Poco və Redmi daha 8 smartfonun köhnəldiyini açıqlayıb. Əslində bu smartfonların köhnəlmiş elan edilməsi məhz proqram yenilənmə dəstəyi almayacağı barədə xəbər verir.

Xiaomi Poco Redmi

Maraqlısı budur ki, Xiaomi, Poco və Redmi tərəfindən köhnəlmiş elan edilən 8 smartfonun arasında şirkətin yalnız Çində satışa çıxardığı ilk qatalana bilən smartfonu MIX Fold da mövcuddur. Beləliklə, qatlana bilən smartfonlar nə qədər smartfon bazarında yeni daxil olmuş olsa da, artıq köhnəlməyə başlayıb. Qeyd edək ki, artıq köhnəlmiş hesab olunan cihazlar aşağıdakılardır:

  • Mi 11 Lite
  • MIX Fold
  • Redmi Note 10 Pro 
  • POCO X3 Pro 
  • Redmi Note 9
  • Redmi 9A
  • Redmi 9C
  • Redmi 9C NFC

Xiaomi Poco Redmi

Əslində köhnəlmiş hesab olunan smartfonların bir çox hələ də minlərlə istifadəçi tərəfindən istifadə olunur. Mi 11 Lite nə qədər köhnəlmiş hesab olunsa da, seriyanın digər modelləri Мі 11, Мі 11 Рrо və Мі 11 Ultrа artıq HyperOS yenilənməsi əldə etməyə başlayıb. Bununla belə, hər 3 smartfon nəhəngi müvafiq olaraq flaqman və orta seqmentli smartfonları ilə bazarda yeni uğurlar əldə etməyi və satış həcmlərini böyütməyi düşünür.

Xiaomi, Poco və Redmi daha 8 smartfonun köhnəldiyini açıqlayıb! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.