Yaxında OLED panelləri QDEL panelləri ilə əvəz olunacaq!

3 hefte evvel 8

Gün keçdikcə OLED panellərə sahib məhsullar geniş yayılır. Belə ki, texnologiya nəhəngləri istifadəçilərinə yüksək ekran təcrübəsi təmin etmək üçün OLED panellərindən istifadə edir, bu vəziyyət isə panellərin daha da ucuzlaşmasına və geniş yayılmasına səbəb olur. Maraqlısı budur ki, analitiklərin sözlərinə görə, çox yaxında OLED panelləri QDEL panelləri ilə əvəz olunacaq.

OLED QDEL əvəz olunacaq

Ümumiyyətlə, OLED ekran panelləri hazırda qara rəng performansı, parlaqlığı və canlı rəngləri ilə sənayedə ən ideal həll olaraq tanınır. Əvvəllər OLED ekranlar və televizorlar kimi cihazların qiyməti olduqca yüksək olsa da, indi görünən odur ki, qiymətlər ucuzlaşmağa başlayıb. Bununla belə, MicroLED displeylərin OLED-ləri əvəz edəcəyi gözlənilirdi, lakin yeni iddialar bunu təkzib edir. Belə ki, analitiklər OLED panellər QDEL panelləri ilə əvəz olunacaq deyə xəbərdarlıq edir. Həmçinin, MicroLED displeylərin ticari olaraq geniş şəkildə istifadə edilməsinin ən azı 5 il çəkəcəyi düşünülür. Bu displeylərin smartfonlardan tutmuş VR/AR məhsullarına və şəffaf displeylərə qədər geniş çeşiddə tətbiqlərdə istifadə olunacağı gözlənilir. Lakin indi biz QDEL ekran texnologiyası ilə daha tez tanış ola bilərik.

OLED QDEL əvəz olunacaq

QDEL və ya kvant nöqtəli elektrolüminesans yüksək səviyyəli televizorlar, monitorlar və digər cihazlarda geniş istifadə olunan yeni texnologiya ola bilər. NanoLED kimi tanınan QDEL, hazırda televizorlarda tapılan QLED texnologiyası ilə qarışdırılmamalıdır. Çünkü bu ekranlarda arxa işıq olmur. Bunun əvəzinə əsas işıq mənbəyi kvant nöqtələridir. QDEL ekranlarının QD-OLED ekranlardan üstünlüyü qiymət, parlaqlıq və yanğına davamlılıq baxımındandır. Məlumatlara görə, QDEL yaxın iki il ərzində istifadəyə hazır olacaq və istehlakçılara microLED-lərdən daha tez təqdim olunacaq. Panel texnologiyaları ilə yaxından maraqlananlar əslində QDEL-i fərqli adlar altında da olsa əvvəl görmüş ola bilərlər. Müxtəlif ölçülərdə müxtəlif rəngləri əks etdirə bilən kiçik fosforlu kristallar olan kvant nöqtələrinin tədarükçüsü Nanosys şirkəti bir neçə ildir ki, bu texnologiya üzərində işləyir. Şirkət onu NanoLED adlandırsa da, texnologiyanın prosesdə QD-EL, QD-LED, EL-QD və QLED kimi fərqli adlara sahib olduğunu görürük.

Omdia Baş Tədqiqat Direktoru David Hsieh-in sözlərinə görə, QDEL panelləri ən çox televizor, kompüter və avtomobil sənayesində istifadə olunacaq. Hsieh həmçinin qeyd edir ki, QDEL OLED-dən daha yaxşı xərc-performans nisbətinə sahib olacaq.

Yaxında OLED panelləri QDEL panelləri ilə əvəz olunacaq! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.