Yeni hədəflərə doğru: Fikir ayrılıqlarına son qoyan razılaşma - "Kaspi"nin TƏHLİLİ

Son illərdə Azərbaycanın türk dövlətləri ilə əməkdaşlıq tendensiyasında yüksək dinamika müşahidə olunur. Xüsusilə Mərkəzi Asiya ölkələri ilə qurulan münasibətlər strateji mahiyyət daşımağa başlayıb. Bu, mövcud beynəlxalq reallıqlar fonunda region ölkələrinin maraqlarına tamamilə cavab verir. Eyni dil, din, mədəniyyət və digər amillər mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində qarşıya çıxa biləcək maneələrin qısa müddətdə qarşılıqlı hörmət və anlaşma şəraitində ortadan qaldırılmasına zəmin yaradır. Azərbaycanın Xəzərdə qonşusu olan və strateji coğrafi mövqeyə malik Türkmənistanla əlaqələrin inkişafı da Bakının prioritetləri sırasındadır.