Yerli avtomobillərə maraq azalıb: "Xərci də çoxdur, qiyməti də..."

Avtomobil sənayesi hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayan sahələrdəndir. Bu sektor nəqliyyat vasitələrinin istehsalı və satışı ilə yanaşı, məşğulluq səviyyəsinə, daxili bazarın inkişafına və texnoloji yeniliklərin tətbiqinə də təsir göstərir. Azərbaycanda da avtomobil sənayesinin inkişaf etdirilməsi istiqamətində son illərdə müxtəlif addımlar atılıb, yerli istehsalın genişləndirilməsi üçün bir sıra layihələr həyata keçirilib. Bununla belə, 2025-ci ilin yanvar ayına aid göstəricilər avtomobil istehsalında əvvəlki illə müqayisədə ciddi azalmanın müşahidə olunduğunu göstərir. Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ilin ilk ayında ölkədə cəmi 235 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 171 ədəd və ya 42,1 faiz azalma deməkdir. Bundan əlavə, fevral ayının əvvəlinə olan məlumata görə, yerli müəssisələrdə 141 ədəd avtomobil ehtiyatda qalıb. Bəs, görəsən, istehsalın birdən-birə 42 faiz azalmasını şərtləndirən səbəblər hansılar

Yerli avtomobillərə maraq azalıb: "Xərci də çoxdur, qiyməti də..."
Avtomobil sənayesi hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayan sahələrdəndir. Bu sektor nəqliyyat vasitələrinin istehsalı və satışı ilə yanaşı, məşğulluq səviyyəsinə, daxili bazarın inkişafına və texnoloji yeniliklərin tətbiqinə də təsir göstərir. Azərbaycanda da avtomobil sənayesinin inkişaf etdirilməsi istiqamətində son illərdə müxtəlif addımlar atılıb, yerli istehsalın genişləndirilməsi üçün bir sıra layihələr həyata keçirilib. Bununla belə, 2025-ci ilin yanvar ayına aid göstəricilər avtomobil istehsalında əvvəlki illə müqayisədə ciddi azalmanın müşahidə olunduğunu göstərir. Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ilin ilk ayında ölkədə cəmi 235 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 171 ədəd və ya 42,1 faiz azalma deməkdir. Bundan əlavə, fevral ayının əvvəlinə olan məlumata görə, yerli müəssisələrdə 141 ədəd avtomobil ehtiyatda qalıb. Bəs, görəsən, istehsalın birdən-birə 42 faiz azalmasını şərtləndirən səbəblər hansılardır? Bu sahədə inkişafa necə nail ola bilərik?