YouTube video dayandıqda belə reklam göstərəcək!

2 hefte evvel 11

Həddindən artıq reklam göstərdiyinə görə istifadəçilər tərəfindən tənqid edilən YouTube reklam ekranını genişləndirməyi planlaşdırır. Bu məqsədlə şirkət videolar dayandırıldıqda ekranda görünən reklamları sınaqdan keçirir. Beləliklə deyə bilərik ki, YouTube reklamlara doymur video dayandıqda belə reklam göstərməyə hazırlaşır.

YouTube video dayandıqda reklam

Son dövrlərdə YouTube istifadəçiləri platformadakı reklamların intensivliyindən şikayətlənirlər. Bununla belə, YouTube bu şikayətləri dinləmək əvəzinə reklam nümayişini genişləndirməyi planlaşdırır. Hətta YouTube video dayandıqda belə ekranda görünən reklam strategiyasını sınaqdan keçirib və sınaq uğurlu alınıb. Alphabet-in son maliyyə hesabatının qiymətləndirildiyi iclasda çıxış edən Google-dan Philipp Schindler şirkətin bu təcrübəsinin müsbət nəticələr verdiyini açıqlayıb. chindler əlavə edib ki, YouTube-un pauza reklamları güclü marka artımı nəticələrinə nail olub və reklamverənlər üçün yüksək qiymətə təklif olunacaq.

Beləliklə, Google YouTube-da video dayandıqda belə göstərilən reklamın sınaq performansından məmnun görünür. Bu nəticə, sınaq müddəti başa çatdıqdan və lazımi məlumatlar toplandıqdan sonra bu tərz reklamların daha geniş istifadəyə verilməsi ehtimalını artırır. Xatırladaq ki, YouTube keçən il ilk dəfə olaraq müəyyən bölgələrdə yeni reklam növlərini sınaqdan keçirməyə başladığını açıqlamışdı. Schindler yeni reklam formatının YouTube-da nə vaxt görünməyə başlayacağı ilə bağlı heç bir məlumat paylaşmasa da, analitiklər bu reklamların ilk ağıllı televizorlarda göstəriləcəyini bildirir.

YouTube video dayandıqda belə reklam göstərəcək! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.