Yuxuda olan Tesla sürücüsü 40 km sonra polis tərəfindən saxlanılıb!

2 hefte evvel 11

İsveçdə baş verən çox maraqlı hadisədə Tesla sürücüsü avtomobilini avtopilota qoyaraq yuxuya gedib və 40 km yol getdikdən sonra polis tərəfindən saxlanılıb. Son illərdə avtonom idarəetmə sistemləri avtomobillərdə geniş yayılmışdır. Bəzi istifadəçilər isə sürməyi asanlaşdıran bu köməkçi sistemlərə hədsiz etibar edirlər. Bunun ən maraqlı nümunələrindən biri İsveçdə baş verib. Yuxuda olan Tesla sürücüsü avtopilotda 40 km yol getdikdən sonra polis tərəfindən saxlanılıb.

yuxuda tesla sürücüsü

Adı açıqlanmayan və çatdırılma sürücüsü olduğu bildirilən şəxs, Tesla Model X avtomobilində ötmə əməliyyatı yerinə yetirmədən sol zolaqda hərəkət edərkən başqa bir Tesla sürücüsünün diqqətini çəkib. Nəqliyyat vasitəsinə yaxınlaşan sürücü həmin şəxsin sükan arxasında yuxuya getdiyini görüb və dərhal polisə müraciət edib. Polis gəlib avtomobilə yolda yaxınlaşdıqda və ilkin xəbərdarlıq etdiyində isə yuxuda olan Tesla Model X sürücüsü artıq 26 km yol qət etmişdi. Lakin polisin bütün səylərinə baxmayaraq, sürücünü oyatmaq mümkün olmayıb. Bir müddət sonra kortəbii oyanan sürücü polisləri görəndə qorxaraq sükanı sağa çevirib polis maşınını əzəcəkdi. Daha sonra yanacaqdoldurma məntəqəsinə yaxınlaşan avtomobilin sürücüsü saxlanılıb.

Sürücü polisə gecələr yata bilmədiyini və avtomobili geri qaytarmalı olduğu üçün stress keçirdiyini bildirib. Hətta yol boyu bir gözünün açıq olduğunu iddia etsə də, bir müddət sonra bunun yalan olduğunu etiraf edib. Sürücü polislərə yorğun olduğunu və çox utandığını və avtopilotun onu rahatlatdığını məhz bu səbəbdən yuxuya getdiyini bildirib. Normal şəraitdə, avtopilot kimi sistemlər işə salındıqda sürücülər sükanı tutmalı və gözlərini yolda saxlamalıdırlar. Əks halda, sistem xəbərdarlıq edib avtomobili kənara çəkə bilər. Bununla belə, bu sistemləri sükan çarxına çəki qoymaqla aldatmaq olar. İsveçli sürücünün avtomobilinin 2019 model Tesla olduğu bildirilir. Elə ona görə də, kamerada sürücünü izləmək funksiyası mövcud olmayıb.

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) dekabr ayında Tesla-ya xəbərdarlıq etmişdi ki, sürücü əllərini sükandan çəkdikdə və yola diqqət etmədikdə, onun avtopilot proqramı daha çox xəbərdarlıq etməlidir. ABŞ-da bu xəbərdarlıqdan sonra edilən yeniləmənin yuxuda olan sürücünün avtomobilində edilib-edilmədiyi məlum deyil.

Yuxuda olan Tesla sürücüsü 40 km sonra polis tərəfindən saxlanılıb! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.